Draqutin Baltiç Bolqarıstan yığması ilə 3 illik müqavilə imzaladı
08.04.2011 - 12:37
Bakının “Lokomotiv” klubunun baş məşqçisi Draqutin Baltiçin may ayında Bakıdan gedəcəyi dəqiqləşib. Apasport.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, “dəmiryolçuları” bu mövsüm “Çelenc Cup”ın finalına yüksəldən mütəxəssis bu ölkənin milli komandası ilə müqaviləsini rəsmiləşdirib.
O, növbəti 3 ildə Bolqarıstan yığmasının baş məşqçisi postunda çalışacaq. Baltiçə bu postda isə Petr Doçev köməklik edəcək.
Qeyd edək ki, Draqutin razılaşmaya əsasən mayın 10-da Bolqarıstanda olacaq.
O, növbəti 3 ildə Bolqarıstan yığmasının baş məşqçisi postunda çalışacaq. Baltiçə bu postda isə Petr Doçev köməklik edəcək.
Qeyd edək ki, Draqutin razılaşmaya əsasən mayın 10-da Bolqarıstanda olacaq.
0
0