Millinin üzvlərini aparan avtobus aşdı - FOTO
13.04.2011 - 10:06
Millinin üzvlərini aparan avtobus aşdı - FOTO
Braziliyada voleybol klubunu aparan avtobus qəzaya uğrayıb. Apasport.az saytının məlumatına görə, xoşagəlməz hadisə Super Liqanın yarımfinal matçı üçün Osasko “Sollis”i ilə görüşə gedən “Voley Futura” komandasını başına gəlib.

Belə ki, qadın voleybolçulardan ibarət klubu aparan avtobus şəhərə 500 metr qalarkən aşıb. Qəzada komandanın bütün üzvlərinin stress keçirdiyi və “Voley Futura”nın aparıcı üzvü, ABŞ yığmasının liberosu Stasi Sikoranın ağır yaralandığı bildirilir. Sifət nahiyəsindən ciddi xəsarət alan Sikora təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, avtobusda Braziliya yığmasının voleybolçuları Fabiana Oliveyra və Paula Pequeno da olub.
0