Rövşən Kərimov: Komandamıza legionerlər cəlb edəcəyik
14.04.2011 - 15:10
“Biz voleybolun inkişafına öz töhfəmizi vermək istəyirik. Azərbaycan çempionu olduğumuzdan, bu mövsüm Avrokubokda debüt etməyi planlaşdırırıq”. Bunu apasport.az saytına açıqlamasında “Sərhədçi” voleybol klubunun rəisi Rövşən Kərimov deyib.
O bildirib ki, ötən il ölkə kubokunu qazandıqdan sonra beynəlxalq arenada iştirak etməyən komandası bu dəfə tilsimi qıracaq: “Biz beynəlxalq arenada çıxış etmək üçün heyətimizi də gücləndirəcəyik. Təbii ki, komandamıza legionerlər cəlb edəcəyik. Almaniya, Serbiya və İrandan əcnəbilər gətirə bilərik. Baş məşqçimiz isə əvvəlki kimi Oqtay Musayev olacaq”.
Qeyd edək ki, “Sərhədçi”nin hazırkı heyəti yerli voleybolçulardan ibarətdir.

0
0