“Beşiktaş”da qeyri-adi etiraz
15.04.2011 - 12:54
“Beşiktaş”da qeyri-adi etiraz
Türkiyənin qadınlardan ibarət “Beşiktaş” voleybol klubu qeyri-adi etiraza əl atıb. Apasport.az saytının məlumatına görə, 3 aydır maaşlarını ala bilməyən komandanın üzvləri məşqə gəlsələr də, topa əl vurmayıblar.

Onlar yalnız qaçış və əzələ möhkəmlətməklə məşğul olublar. Klub rəhbərliyi isə bütün voleybolçulara yaxın günlərdə maaşlarını alacağını bildiriblər.

Qeyd edək ki, növbəti mövsüm üçün planlarını açıqlayan “qara qartallar” baş məşqçi postunu Azərbaycanda çalışan mütəxəssislərə tapşırmaq niyyətindədirlər. Onlar “İqtisadçı”nın belçikalı çalışdırıcısı Jan De Brandt və “Şirvan”ın türkiyəli baş məşqçisi Adnan Kistak arasında seçim edəcəklərini bildirirlər. Lakin bu gedişlə çətin ki, bu çalışdırıcılar qonşu ölkədə işləməyə razı olsunlar. Çünki hazırda Azərbaycan Super Liqasında mübarizə aparan klublar maddi baxımdan üstünlükləri ilə seçilirlər.
0