“Bakıda qazandığım medalı anam saxlayacaq” – MÜSAHİBƏ
15.04.2011 - 17:00
Bakının “Lokomotiv” voleybol klubunun belaruslu legioneri Vera Klimoviç ölkəsində mətbuatın diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, “Çelenc Cup”da II yeri tutan və Super Liqada final mərhələsində oynayacaq “dəmiryolçular”ın üzvü müsahibəsində komandaya gəlişindən, Avrokubokda iştiraklarından və həlledici mərhələdə nəyə ümid etmələrindən danışıb. 5 gün sonra 23 yaşı tamam olacaq Vera milli komandasındakı çıxışına da toxunub.
- “Lokomotiv”də adaptasiyanız tez oldu?
- İlk dəfə kənara çıxanda, həmişə bir az ehtiyatlanırsan. Ancaq bilirdim ki, Bakıda əvvəllər də belaruslular oynayıb. Məni orada isti qarşıladılar. Üstəlik, Azərbaycan yığmasında oynayan qızları yaxşı tanıyıram. Buna görə özümü sınamağı qərara aldım. Bundan əlavə, orada yeni klub formalaşdırılıb ki, onun qarşısında iddialı vəzifələr qoyulub.
- “Lokomotiv” cəmi 2 ildir fəaliyyət göstərir, ancaq artıq bazanız var?
- Sponsorlar Bakının kənarında yaxşı kompleks tikdiriblər. Orada zal, istirahət otelləri var. Bu mövsüm trenajor zalını istifadəyə verdilər. Biz adətən avtobusun yanında yığışırıq və oraya məşq etməyə gedirik. Hazırlıq vaxtı fasilələrdə kitab oxuyur, istirahət edir, qızlarla işləri müzakirə edirik.
- Komanda rəhbərliyi çıxışınızdan razıdırmı?
- İlk mövsümdə əla kollektiv yığa bildik. Ola bilər ki, “Azərreyl” və ya “Rabitə”yə heyətindəki adlara görə uduzurduq. Ancaq komanda oyunu hesabına qalib gəlməyə çalışırdıq. Ona görə də çempionatın pley-off mərhələsindəki uğurumuz sensasiya oldu. Biz ölkənin aparıcı klubunu qızıl medallar uğrunda mübarizədən kənarlaşdırdıq.
- Elə cari mövsümdə “Çelenc Cup”ın yarımfinalında 3 Azərbaycan klubunun oynaması sensasiya oldu...
- Bakıda uzun illər yalnız 1 komanda olub – “Azərreyl”. Onun qarşısında həmişə Avrokuboklarda uğurlu çıxış etmək vəzifəsi qoyulub. Ancaq voleybolun inkişafı, milli komandanın nəticələrinin yaxşılaşması üçün bu az idi. Ona görə də milli çempionatı gücləndirməyi qərara aldılar. İndi turnir çox maraqlı alınıb. Axı “Azərreyl”, “Rabitə” “Lokomotiv”ə “İqtisadçı” da əlavə olunub. Nəticədə güclü kvartet yaranıb. Orada dünyanın hər yerindən aparıcı voleybolçular cəmlənib. Buna görə də “Çelenc Cup”dakı yüksək nəticəyə təəccüblənmək lazım deyil. Biz finala çıxdığımıza görə çox razıyıq. Yarımfinalda həmin “İqtisadçı” rəqibimiz idi. Çempionatın gedişində 2 dəfə 0:3 hesabı ilə uduzmuşduq və revanş çıxmaq üçün yalnız bu qarşılaşmaya bel bağlayırdıq. Hərçənd 2 məğlubiyyətdən sonra psixoloji cəhətdən asan deyil. İlk oyunda qalib gəldik. Cavab görüşündə isə 2:3 hesabı ilə uduzduqdan sonra “Qızıl set”də finalda oynamağa layiq olduğumuzu sübut edə bildik. Çox istəyirdik ki, kuboka yiyələnək. Ancaq “Azərreyl” bunda bizi üstələdi. İndi Azərbaycan çempionatının final mərhələsini gözləməliyik ki, onlara qalib gəlməyə çalışaq.
- “Çelenc Cup”ın final mərhələsində siz elə də çox oynamadınız...
- Yanvarda “Lokomotiv”in baş məşqçisi dəyişdi. Komandamıza əvvəllər “Rabitə”ni çalışdırmış Draqutin Baltiç gəldi. Onun gəlişindən sonra mən meydançada daha çox görünməyə başladım. Başa düşürəm ki, Azərbaycan milli komandasının 2 mərkəz blokçusu olan yerdə onlara üstünlük veriləcək. Bu da onların ciddi oyun təcrübəsinə malik olmaq üçün edilir. Mən isə narazı deyiləm. Baltiç mənə inanır. Misal üçün, elə “Azərreyl”lə final oyununda ən məsul anda – hesab 25:24 olarkən məni meydana buraxdı. Həmin anda keçilməz blok qurmaq lazım idi. Keçmiş həmyerlimiz olan Kseniya Kovalenko və Yelena Parxomenko zəngin oyun təcrübəsinə malikdirlər. Onlar toppaylayıcılarla yaxşı anlaşırlar və buna görə də daha çox bu voleybolçulara ümid edirlər. Hərçənd, özümə qarşı da normal münasibət hiss edirəm. Əsas komandamızın qələbəsidir.
- “Çelenc Cup”da qazandığınız gümüş medalı harada saxlayacaqsınız?
- Onu Minskə gətirəcəyəm. Atamın da voleybolda çəkisi var – məşqçi işləyir. Ona görə də, bütün mükafatlarımızın əsas saxlayıcısı anamdır. Evə, Belarusa görə darıxmışam. Ancaq indi Super Liqanın ən məsuliyyətli anıdır. Yəqin ki, bu turnir ilk dəfə belə gərgin gözlənilir. 4 klub arasında çox gərgin mübarizə gedəcək. “Çelenc Cup”ın finalından sonra 1 neçə gün istirahətimiz oldu. İndi “Lokomotiv”in bazasında gərgin məşq edirik. Öz kolleksiyama daha bir mükafatı əlavə etmək istəyirəm.
- Minskdə uzun müddət istirahət edə bilməyəcəksiniz. Çünki milli komandamızın Avroliqaya hazırlığı başlayacaq...
- Öncə baş məşqçimiz Viktor Qonçarovdan dəvət almaq lazımdır. Gizlətmirəm, bu il yığmada oynamaq mənə maraqlıdır. Üstəlik, turnirdə debüt edirik. Çoxları Avroliqada iştirak etmək istəyir. Orada uğurlu çıxış etmək şanslarımız pis deyil. Hərçənd milli komandada mənim mövqeyimdə ciddi rəqabət az deyil. Əgər Lena Qendel, Marina Tumas, Anya Şevçenko gəlsələr, Belarus çempionatında da kiminsə özünü göstərəcəyinə əminəm.

0
0