“Azərreyl” vahid liderə çevrildi - YENİLƏNİB
19.04.2011 - 19:11
“Azərreyl” vahid liderə çevrildi - YENİLƏNİB
Bu gün Mingəçevirdə qadın voleybolçular arasında Azərbaycan Super Liqasında final mərhələsinin II turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, günün ilk matçında I turu qələbə ilə başa vuran komandalar - “Lokomotiv” və “Azərreyl” üz-üzə gəliblər.

“Çelenc Cup”ın finalçılarının duelində “Azərreyl” bu dəfə də asan qələbə qazanıb. Düzdür, ilk hissəni “Lokomotiv” hesabına yazıb. Lakin məğlubiyyətdən nəticə çıxaran Vüqar Əliyevin yetirmələri ardıcıl 3 setdə qalib gəlməklə, bu mövsüm Draqutin Baltiçin komandası ilə keçirdikləri 5-ci matçda da onlardan üstün olublar – 3:1.

Digər qarşılaşmada “Rabitə” “İqtisadçı” ilə qarşılaşıb. Çempionlar Liqasının finalçısı dünənki məğlubiyyətin qisasını universitet komandasından alıb. Belə ki, ilk hissədə rəqibini 25:19 hesabı ilə məğlub edən “Rabitə” növbəti setdə Jan De Bradtın yetirmələrinə 16 xal güzəştə gedib. 0:2 hesablı məğlubiyyətdən sonra “İqtisadçı” oyunda dönüş yaradaraq hissələr arasındakı fərqi azaltsa da, son Azərbaycan çempionu matçın taleyinin tay-brekdə həll olunmasına imkan verməyib. Nəticədə IV setdə 25:18 hesablı qələbə qazanan “Rabitə” universitet komandasını 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 2 turdan sonra aktivində 4 xalı olan “Azərreyl” final mərhələsinin vahid liderinə çevrilib. 3 xala malik “Rabitə” və “Lokomotiv” növbəti 2 pilləni tuturlar. Sonuncu yerdə isə qələbəyə həsrət “İqtisadçı” qərarlaşıb.

19 aprel

“Lokomotiv” – “Azərreyl” - 1:3 (25:18, 19:25, 21:25; 15:25)
Təsnifat mərhələsindəki oyunları
“Azərreyl” – “Lokomotiv” – 3:0 (28:26, 25:13, 27:25)
“Lokomotiv” - “Azərreyl” - 0:3 (13:25, 12:25, 22:25)

“Rabitə” – “İqtisadçı” - 3:1 (25:19, 25:16, 22:25, 25:18)
Təsnifat mərhələsindəki oyunları
“İqtisadçı” – “Rabitə” - 0:3 (14:25, 27:29, 19:25)
“Rabitə” - “İqtisadçı” - 0:3 (24:26, 23:25, 22:25)


Azərreyl

2

2

0

6-2

4

Rabitə

2

1

1

5-4

3

Lokomotiv

2

1

1

4-5

3

İqtisadçı

2

0

2

2-6

2


0