“İqtisadçı”nın voleybolçusu Yari Litmanenlə bir arada
19.04.2011 - 13:48
“İqtisadçı”nın voleybolçusu Yari Litmanenlə bir arada
Bakının “İqtisadçı” voleybol klubunun finlandiyalı legioneri Riikko Lehtonen yeni ideya ilə çıxış edib. Apasport.az saytının məlumatına görə, yığmalarının da şərəfini qoruyan voleybolçu ölkəsində bütün idman növlərinin inkişafı üçün yeni fan-klub yaratmağa qərar verib.

O, bu klubda məşhurlar – futbolçu Yari Litmanen, hokkey üzrə dünya çempionu Tepo Tiitu, məşhur boksçu Yeva Valstrem, Paralimpiadanın 2 qat bürünc mükafatçısı, cüdoçu Yani Kallunki, tennis dünyasının 1 nömrəsi Roje Federer, rep qrupu “Elastika” və digərlərini cəmləyəcək.

Bundan sonra isə tanınmış idmançılar birgə yarışları canlı izləyəcək və həmyerlilərinə dəstək olacaqlar. Lehtonen bildirib ki, bu ideya tezliklə öz bəhrəsini verəcək.
0