Bolqarıstan yığmasının məşqçisi sabah Azərbaycana gəlir
19.04.2011 - 17:24
Bolqarıstanın qadın voleybolçulardan ibarət milli komandasının məşqçisi Petr Doçev sabah Azərbaycana gələcək. Apasport.az saytının məlumatına görə, bolqarıstanlı mütəxəssisin ölkəmizə səfərində məqsədi “Lokomotiv”in baş məşqçisi Draqutin Baltiçlə görüşməkdir.
Baltiç mayın 10-dan baş məşqçisi olacağı Bolqarıstan yığmasının heyətini Bakıda müəyyənləşdirəcək. Bu işdə ona köməkçisi Doçev yardımçı olacaq. Hər 2 mütəxəssis Azərbaycan Super Liqasında olacaq fasilədən yararlanaraq heyəti müzakirə edəcək və seçim aparacaqlar.
Qeyd edək ki, Petr Doçev Bolqarıstan milli komandasının sabiq baş məşqçisi Draqan Neşiçlə də çalışıb.

0
0