Merih Çakıroğlu millimizin üzvündən razı qaldı - FOTO
19.04.2011 - 18:06
Merih Çakıroğlu millimizin üzvündən razı qaldı  -  FOTO
“Türk Telekom”un əvəzedicilərinin baş məşqçisi Merih Çakıroğlu komandasının heyətində çıxış edən Azərbaycan yığmasının basketbolçusu Aleksandr Rindın və həmyerlimiz Orxan Hacıyevadan razı qalıb. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis bunu mövsümün yekunu ilə bağlı klub rəhbərliyi ilə keçirilən görüşdə ifadə edib.

O bildirib ki, “Türk Telekom” “Dördlər finalı”da son anda uduzsa da, yetirmələri uğurlu mövsüm keçiriblər: “Bu il çox çətin oyunlar oynadıq. Xüsusilə, qrupumuzda Beko Basketbol Liqasına yüksəlmək üçün yaxşı maliyyə dayaqları olan “Vestelspor”, “Uşakspor” və “Ormanspor” kimi komandaları arxada buraxaraq, 2-ci olduq. Yəni bütün basketbolçuların mövsüm ərzində göstərdiyi oyuna görə qürurluyam. Çünki bizim əsas hədəfimiz A komandamıza basketbolçu yetişdirməkdir”.

Qeyd edək ki, Rindın və Hacıyeva mövsümün əvvəlində “Türk Telekom”un əsas heyətində yer alsa da, sonradan əvəzedici komandaya göndərilib.
0