Yığmamızın kapitanı Rusiyada növbəti tituluna doğru
23.04.2011 - 14:39
Yığmamızın kapitanı Rusiyada növbəti tituluna doğru
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının kapitanı Oksana Parxomenko Rusiyada növbəti titulunu qazanmağa yaxındır. Apasport.az saytının məlumatına görə, həmyerlimizin şərəfini qoruduğu Moskva “Dinamo”su Rusiya çempionatının yarımfinalına yüksəlib.

Parxomenkonun komandası bu uğura “Samorodok” klubunu məğlub etməklə nail olub. Belə ki, ilk görüşdə rəqiblərinə 3:0 hesabı ilə qalib gələn “Dinamo” cavab görüşündə 3:1 hesabı ilə qələbə qazanıb.

Növbəti mərhələyə yüksələn komandaların isə hələ hamısı müəyyənləşməyib. Kazanın və Krasnodarın “Dinamo” klubları 1/2 finala yüksəlsələr də, “Uraloçka” – “Zariçye-Odintsova” cütünün güclüsü III görüşün yekununda dəqiqləşəcək. Onlar hərəsi 1 qələbə qazandığından, daha 1 dəfə münasibətlərinə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, “Dinamo” Moskva ötən mövsüm Super Liqanı ikinci yerdə bitirmişdi.
0