Qamova Azərbaycana gəlməkdən imtina etdi
26.04.2011 - 12:53
Qamova Azərbaycana gəlməkdən imtina etdi
Rusiya milli komandasının aparıcı voleybolçusu Yekaterina Qamovanın Azərbaycan Super Liqasına transferi baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, buna hazırda 2 qat dünya çempionun çıxış etdiyi Kazan “Dinamo” ilə müqaviləsinin artırması səbəb olub.

Qamova Super Liqa ilə komandaları ilə yanaşı, Türkiyənin “Fənərbaxça”, Rusiyanın “Zariçye Odintsovo” və “Dinamo” (Krasnodar) komandalarının təklifindən də imtina edib.

Qeyd edək ki, türkiyəli həmkarlarımız rusiyalı ulduzla “Azərreyl” və “Rabitə”nin ciddi maraqlandığını bildirirdilər.
0