Millimiz bir şərq şəhərində - FOTOSESSİYA
28.04.2011 - 16:21
Dünya çempionatına son hazırlıqları başa vurmaq üçün aprelin 12-də Cənubi Koreyanın Dequ şəhərinə yollanan Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları artıq yarışın keçiriləcəyi Gyondju şəhərindədir. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, idmançılarımız Dequda taekvondo üzrə ixtisaslaşan və bu sahədə ölkənin məşhur ali məktəblərindən sayılan “Keimyunq” universitetinin yetirmələri və Belçika, Seneqal, eləcə də, Vyetnam millisinin üzvləri ilə birgə təlim-məşqlərdə və yoxlama döyüşlərində iştirak ediblər.
“Kommador” otelində məskunlaşan taekvondoçularımız yarışadək hər gün çempionatın təşkil ediləcəyi Gyondju şəhər gimnaziyasının idman zalında sərbəst məşqlə kifayətlənəcək.
Qadınlardan ibarət komandada isə itki var. Yarış qabağı son məşqlərdə Vonkyunq Kimin diz bağlarının qırılması onun dünya çempionatında mübarizə aparmasına imkan verməyəcək.
Aprelin 29-da yerli vaxtla saat 14-dən 18-dək mötəbər yarışın püşkatması keçiriləcək.
Qeyd edək ki, mayın 1-6 tarixlərində təşkil ediləcək dünya çempionatına rekord sayda 149 ölkədən 1050-dək idmançı qatılacaq. Bu və digər səbəblərdən yarışa diqqət çox böyükdür və təşkilati işlər yüksək səviyyədə aparılır. Hər yarış günü bir qadın və bir kişi idmançının nəticəsi məlum olacaq. Komandamız Vətənə mayın 8-də dönəcək.

0
0