Ester Matefi: Azərbaycan millisini məğlub etmək çətin olmayacaq
28.04.2011 - 19:55
Ester Matefi: Azərbaycan millisini məğlub etmək çətin olmayacaq
“Biz qrupdan narazı deyilik. Fikrimcə, növbəti mərhələyə çıxmaq bizim üçün problem olmamalıdır”. Apasport.az saytının məlumatına görə, bunu həndbolçu qadınlar üzrə Macarıstanın yığmasının baş məşqçisi Ester Matefi deyib.

Avro-2012-nin püşkatmasına münasibət bildirən Matefinin sözlərinə görə, Almaniya, Azərbaycan və Belarusla eyni qrupa düşmələrindən narazı qalmaq düzgün deyil: “Növbəti mərhələyə 2 komanda çıxdığını nəzərə alsaq, şansımız yüksəkdir. Sadəcə, liderlik söhbəti var. Bunun üçün almanlarla mübarizə aparmalıyıq. Azərbaycan və Belarusa gəldikdə, onları məğlub etmək elə də çətin olmayacaq. Burada yalnız 1 problem var: səyahət asan olsa da, yol uzaqdır”.

Qeyd edək ki, ilk turda Azərbaycanı qəbul edəcək (19-20 oktyabr) Macarıstan həndbolçuları 2012-ci il mayın 30-da və ya 31-də Bakıda meydana çıxacaq.
0