Çempion “dəmiryolçular”ın üstündən keçdi - YENİLƏNİB
29.04.2011 - 17:23
Çempion “dəmiryolçular”ın üstündən keçdi - YENİLƏNİB
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsinin II dövrəsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Masallıda keçirilən VI tur maraqlı qarşılaşmalarla yadda qalıb.

Günün ilk görüşündə “Lokomotiv”lə “İqtisadçı” qarşılaşıb. Ən pis halda, bürünc medallara iddia edən bu klubların dueli gərginliyi ilə diqqəti çəkib. Bu səbəbdən oyunun taleyinə də məhz tay-brekdə aydınlıq gəlib. Həlledici setdə isə qələbəni I dövrədə “İqtisadçı”ya məğlubiyyətlə “uğursuzluq zolağı”na düşən “Lokomotiv” bayram edib.

Belə ki, ilk seti asan aktivinə yazan “dəmiryolçular” II hissədə uduzsa da, ardınca yenidən hesabda önə keçib – 2:1. Lakin onlar IV setdə “İqtisadçı”nın güclü müqaviməti ilə rastlaşıb. Nəticədə Jan De Brandtın yetirmələri oyunu tay-brekə daşıyıblar. Bu isə “Lokomotiv”in qələbəsinə mane olmayıb. 1 tur öncə həlledici setdə “Rabitə”yə məğlub olan “İqtisadçı”, bu dəfə də Draqutin Baltiçin yetirmələri ilə görüşdən məğlub ayrılıblar.

II dövrənin son qarşılaşmasında isə “Rabitə” qələbə seriyasını davam etdirib. Super Liqada 4-cü dəfə “Azərreyl”lə qarşılaşan son Azərbaycan çempionu bu dəfə də meydandan qalib ayrılıb.

Düzdür, görüşə “Çelenc Cup”ın qalibi fəal başlayıb. Onlar hətta ilk seti də aktivlərinə yazıblar – 25:23. Lakin bunun davamı gəlməyib. Ardıcıl 3 setdə rəqibini məğlub edən Dejan Brdjoviçin yetirmələri final mərhələsinin 6-cı görüşündə 5-ci qələbələrini qazanıblar. “Rabitə” hətta bu görüşdə əvvəlki oyunlarla müqayisədə daha inamlı təsir bağışlayıb.

Çempionlar Liqasının gümüş mükafatçısı IV duelin 3-cü setində 13, son hissəsini isə 15 top irəlidə başa vurub ki, belə hal əvvəlki görüşlərdə qeydə alınmayıb. Onlar inamlı qələbə sayəsində, həmçinin çempionluğa bir addım da yaxınlaşıblar.

Beləliklə, II dövrədən sonra “Rabitə” xallarının sayını 11-ə çatdıraraq, liderliyini qoruyub. Bu azmış kimi, onların “Azərreyl”lə xal fərqi də 2-yə yüksəlib. Son 2 pillədə yer alan “İqtisadçı” və “Lokomotiv” isə 8 xala malikdirlər.

Qeyd edək ki, Azərbaycan çempionu mayın 5-7-də Bakıda keçiriləcək son 3 turdan sonra müəyyənləşəcək.

29 aprel

14.00. “Lokomotiv” - “İqtisadçı” - 3:2 (25:16, 23:25, 25:19; 16:25, 15:13)

Final mərhələsindəki oyunları
“İqtisadçı” – “Lokomotiv”- 3:1 (20:25, 25:15, 27:25, 25:23)

Təsnifat mərhələsindəki oyunları
“Lokomotiv” – “İqtisadçı” – 0:3 (23:25, 18:25, 23:25)
“İqtisadçı” - “Lokomotiv” – 3:0 (25:23, 25:17, 25:18)

16.00. “Rabitə” - “Azərreyl” - 3:1 (23:25, 25:14, 25:12, 25:10)

Final mərhələsindəki oyunları
“Azərreyl” – “Rabitə” - 2:3 (17:25, 16:25, 25:22, 25:20; 14:16)

Təsnifat mərhələsindəki oyunları
“Azərreyl” – “Rabitə” – 1:3 (25:22, 19:25, 22:25, 22:25)
“Rabitə” - “Azərreyl” – 3:0 (25:23, 25:20, 25:14)

Rabitə

6

5

1

17-9

11

Azərreyl

6

3

3

13-11

9

İqtisadçı

6

2

4

12-14

8

Lokomotiv

6

2

4

8-16

8

0