Qətər yığması Azərbaycanla yoldaşlıq oyunu keçirməyə razılıq verdi
29.04.2011 - 12:56
Qətər yığması Azərbaycanla yoldaşlıq oyunu keçirməyə razılıq verdi
Basketbol üzrə Avropa çempionatının B divizionunda mübarizə aparan Azərbaycan yığması İstanbulda hazırlıqlarını davam etdirir. Milli komandanın meneceri Ləvənt Türknasın apasport.az saytına verdiyi məlumata görə, basketbolçularımız yoldaşlıq oyunlarına mayın 3-dən start verəcək.

Hələ ki, yığmanın legionerlərinin komandaya qoşulmadığını bildirən türkiyəli mütəxəssis onların bu dəfə təlim-məşq toplanışından kənarda qalacağını deyib: “Biz bu hazırlıqlarda legionerlərin də iştiraklarını nəzərdə tutmuşduq. Lakin çempionatda oyunları olduqları üçün düşərgəmizə gələ bilmədilər. Orxan Hacıyevanın məsələsinə gəlincə, bu, hələ açıq qalib. Yəni, onun özündən deyil, atasından xəbər gözləyirik. Çünki son qərarı o verməlidir”.

Türknasın sözlərinə görə, İstanbulda 6 görüş keçirməyi planlaşdıran millimiz üçün 2 yeni rəqib də tapılıb. Bunlar həftəsonu Türkiyəyə gələcək Bosniya və Herseqovina və Qətər yığmalarıdır. Artıq bu komandaların menecerləri ilə söhbət müsbət həllini tapıb. Yalnız oyunların tarixinin dəqiqləşməsi qalıb.

Qeyd edək ki, yığmamız vətənə mayın 9-da dönəcək.
0