“Azərbaycanın 1 nömrəli komandasına belə dəvət olmaz”
29.04.2011 - 23:01
“Oğlumun son qərarı verməməsi onun Türkiyə millisinə namizəd olmasıdır. Əgər belə variant olmasa idi, yekun söz demək mümkündür”. Bunu apasport.az saytına açıqlamasında basketbol üzrə Azərbaycan milli komandasına namizəd Orxan Hacıyevanın atası Aydın Bəşirov eyib.
Bəşirov oğlunun yığmamızla bağlı son qərarını verməməsinə münasibət bildirib. Onun sözlərinə görə, məsələnin uzanmasında oğlunun gələcək taleyi və Azərbaycan Basketbol Federasiyasının rəhbərliyinin laqeyd münasibəti mühüm rol oynayır: “Orxanın cəmi 22 yaşı var. Onun karyerası irəlidədir. O, Türkiyə milli komandasında oynamaq istəyir. Çünki bu komanda ilə Avropa və dünya çempionatlarının finallarında özünü göstərə bilər. Bu halda isə daha güclü klublara transfer edilmək şansı artar. Bundan əlavə, mən internet saytlarından oxuyuram ki, oğlumun milli komandada oynamasını istəyirlər. Hələ federasiya rəhbərliyindən 1 nəfər də - nə prezident, nə baş katib mənə adi belə zəng edib fikrimi öyrənməyiblər. Çünki bunun üçün ətraflı danışmaq lazımdır. Açıq danışaq, əgər federasiya işıq pulunu belə verə bilmirsə, Orxanın gələcək taleyi necə olacaq? Axı o, milli komandanın düşərgəsində zədələnəcəyi halda, klubundan da ayrı düşəcək. Mənə müxtəlif insanlar vasitəsilə zəng edib sözlərini çatdırırlar. Fikrimcə, Azərbaycanın 1 nömrəli komandasına belə dəvət olmaz”.
Bəşirov bildirib ki, Orxan yalnız Türkiyə milli komandasının heyətinə düşə bilməsə, Azərbaycan yığmasını seçəcək: “Azərbaycana mənim də, Orxanın da canı qurbandır. Vətənimizdir. Hər bir vətəndaş kimi, biz də ölkəmizi sevirik. Lakin nəzərə almaq lazımdır ki, oğlum Türkiyədə basketbolun sirlərinə yiyələnib. Onu burada yetişdirən insanlar var. Bunun üçün Türkiyə milli komandasından dəvət gözləyir. Əgər bu alınmasa təbii ki, ölkəmizin şərəfini qoruyacaq. Ona Qətər, İran və Makedoniya yığmalarından da sərfəli təklif gəlmişdi. Lakin bunlardan birbaşa imtina etdik. Qoy, bir Azərbaycan övladı kimi inkişaf etsin və daha da yaxşı oynasın”.
Qeyd edək ki, Azərbaycanda doğulan Orxan Hacıyeva Türkiyədə “Türk Telekom”un əvəzedici heyətində çıxış edir.

0
0