Sabah Azərbaycan çempionu müəyyənləşə bilər
04.05.2011 - 11:27
Sabah Azərbaycan çempionu müəyyənləşə bilər
Sabah voleybol üzrə Azərbaycan Super Liqasının final mərhələsinin III dövrəsi start götürəcək. Apasport.az saytının məlumatına görə, Bakı mərhələsinin ilk turunda Azərbaycan çempionunun adı vaxtından əvvəl rəsmiləşə bilər.

Bunun üçün VII turda son çempion “Rabitə” “Lokomotiv”lə dueldən qalib ayrılmalı, onların əsas izləyicisi “Azərreyl” isə “İqtisadçı” ilə görüşdə xal itirməlidir. Belə ki, hazırda aktivində 11 xalı olan “Rabitə” daha 2 xal qazanacağı halda, xallarının sayını 13-ə çatdıracaq və axırıncı 2 turda uduzsa belə, çempionatı 15 xalla başa vuracaq. Məğlubiyyətdən sonra 10 xala malik olacaq “Azərreyl” isə digər 2 görüşdə qələbə qazansa belə 14 xal toplayacaq ki, bu da ən yaxşı halda II olmağa imkan verəcək.

Vüqar Əliyevin yetirmələri “İqtisadçı” ilə matçda xal itirsələr, gümüş medalları da əldən verə bilərlər. Çünki universitet komandası onlarla xallarını bərabərləşdirəcək və növbəti turlarda “Azərreyl”in xal itirməsini gözləyəcək. Final mərhələsinin son turunda “Rabitə” ilə oynayacaq “dəmiryolçular”ın isə bu görüşdə yenidən məğlub olacaqları gözləniləndir. Çünki “Azərreyl” Çempionlar Liqasının gümüş mükafatçısı ilə bacarmır.

Amma sabah “İqtisadçı” məğlub olarsa, mükafatçılar sırasına düşməyə də bilər. Belə olan halda, onları üçüncülük uğrunda “Lokomotiv”lə gərgin görüş gözləyir.

Qeyd edək ki, Super Liqaya mayın 7-də yekun vurulacaq.

5 may

16.00. “Rabitə” – “Lokomotiv”
18.30. “İqtisadçı” – “Azərreyl”

6 may

16.00. “Lokomotiv” – “Azərreyl”
18.30. “Rabitə” – “İqtisadçı”

7 may

14.00. “İqtisadçı” – “Lokomotiv”
16.30. “Azərreyl” – “Rabitə”

Rabitə

6

5

1

17-9

11

Azərreyl

6

3

3

13-11

9

İqtisadçı

6

2

4

12-14

8

Lokomotiv

6

2

4

8-16

8

0