Əfsanəvi basketbolçu apasport.az-a danışdı
06.05.2011 - 23:02
1988-ci il Seul Olimpiadasının qalibi, dünya və Avropa çempionu, Madrid “Real”ının heyətində Avroliqanın qalibi olan dünya basketbolunun canlı əfsanəsi, litvalı Arvidas Sabonisin apasport.az saytına eksklüziv müsahibəsi
- Siz Avro-2011-in səfirisiniz. Yarışa hazırlığın necə getdiyi barədə məlumat verərdiniz?
- Hər şey plan üzrə gedir. Müəyyən problemlərimiz var ki, bu da arenaların hazırlığındakı gecikmə ilə bağlıdır. Böyük problem görmürük. Həm də bu təşkilat komitəsinə aid sualdır. Mən isə xırdalıqlardan xəbərsizəm.
- Yarışdan nə gözləyirsiniz?
- Düşünürəm ki, Litvada indiyədək belə miqyasda turnir keçirilməyib. Bu bütün xalq üçün sevincdir. Çünki bizdə basketbolu sevirlər və qələbələr gözləyirlər. Təki yarış tez başlasın.
- Sizcə, əsas favoritlər kimdir?
- Buna cavab vermək çətindir. Son illər göstərir ki, favoritlər çox olur. Lakin onlar nadir halda qələbə qazanırlar. İndi çempionu tapmaq çətindir. Sualın cavabı qaranlıq qalır.
- Azərbaycanda sizinlə bir qrupa düşən Türkiyəyə azarkeşlik edirlər. Onların şanslarını necə dəyərləndirirsiniz?
- Hər şey Avro-2011-ə kimin gələcəyindən asılıdır. Son nəticələrə əsasən, Türkiyə güclü komandadır. Dünya çempionatında 2-ci yer çox şeydən xəbər verir. Olimpiada ərəfəsindəki ildə Türkiyə yığmasının liderləri də yəqin Litvaya gələcəklər. Onlar Londona vəsiqə qazanmağa çalışacaqlar. Axı bunu hamı istəyir.
- Bu dəfə yarışda 24 komanda iştirak edir. Say artımının perspektivini necə görürsünüz?
- Bu, basketbol üçün yaxşıdır. Bir çox komandalar qitə çempionatına düşə bilmirdi. İndi isə belə imkan yaranıb. Bu, idmanın inkişafı üçün yaxşıdır. Düzdür, kiçik ölkələr üçün təşkilatçılıqla bağlı çətinliklər yarana bilər. Lakin düşünürəm ki, hər şey yaxşı olacaq.
- Nə vaxtsa Azərbaycan yığmasını final mərhələsində görsəniz, təəccüblənərsiniz?
- Nə isə demək çətindir. Azərbaycan basketbolu haqda çox şey bilmirəm. Lakin ümid edirəm və istəyirəm ki, buna nail olasınız.
- Azərbaycan basketbolu haqda nə isə bilirsiniz?
- Bilirəm ki, bizim Rimas Kurtinaytis bir neçə il yığmanızda işləyib. Təəssüf ki, hələlik yalnız bunu bilirəm.
- O, sizə heç nə danışmayıb?
- Söhbətimiz çoxdan olub. Rimas komandası ilə Litvaya gəlmişdi. Hətta mən onlara qarşı oynadım da. Düzdür, bu məşq xarakteri daşıyırdı.
- Hazırda yığmamızda milliləşən legionerlər var. Sizcə, bu basketbolun inkişafına təkan verirmi?
- Bu, idman növünün populyarlığından uşaqlar arasında sevilməyindən asılıdır. Uşaq basketbol məktəblərinin olması zəruridir. Sizdə bu var? Legionerlər kömək edə bilər, lakin sonda bu özünü göstərəcək. Basketbolu kökdən inkişaf etdirmək lazımdır. Sizin zəngin ölkəniz var. Basketbola da vaxt və diqqət ayıra bilərsiniz. Bizdə futbol basketboldan çox geri qalır. Əsas gücümüzü də bu idman növünə veririk. Sizdəki vəziyyətlə bağlı isə mən mülahizə yürüdə bilmərəm.
Rüstəm MİKAYILLI
Vilnüs

0
0