137 günlük seriya qırıldı
06.05.2011 - 18:55
137 günlük seriya qırıldı
Bakının “Azərreyl” voleybol klubu bu mövsüm ilk dəfə “Lokomotiv”ə məğlub olub. Apasport.az saytının məlumatına görə, “Çelenc Cup”ın qalibinin Super Liqanın VIII turunda rəqibinə uduzması (2:3) ilə qələbə seriyası qırılıb.

Belə ki, Avrokubok da daxil olmaqla, “Lokomotiv” üzərində qələbə qazanan Vüqar Əliyevin yetirmələrinin bəxti 7-ci matçda gətirməyib. 6 qarşılaşmadan sonra rəqibini məğlub edən Draqutin Baltiçin komandası isə bu tilsimi qırmaqla, 137 günlük həsrətə son qoyub.

Qeyd edək ki, “Azərreyl” “Çelenc Cup”ın finalında da məhz “Lokomotiv”ə qalib gəlmişdi.
0