“İqtisadçı” baş məşqçisi ilə vidalaşdı
09.05.2011 - 10:29
“İqtisadçı” baş məşqçisi ilə vidalaşdı
Bakının “İqtisadçı” voleybol klubu baş məşqçi Jan De Brandt ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, dekabrda türkiyəli çalışdırıcı Rəşad Yazıçıoğullarının yerinə gətirilən mütəxəssis artıq vətəninə yollanıb.

Əslində, Brandta Super Liqanın final mərhələsinin VII turunda - “Azərreyl”ə məğlubiyyətdən sonra qapı göstərilib. Lakin həmin vaxt klub rəhbərliyi belçikalı mütəxəssisin xəstə olduğunu əsas gətirərək, onun işini davam etdirəcəyini bildirirdi. Məhz bu səbəbdən də universitet komandası son 2 matça köməkçi məşqçi Eldar Əliyevin rəhbərliyi altında çıxıb. Amma çempionat yekunlaşdıqdan sonra Brandtın klubdan qovulduğu rəsmən açıqlanıb.

“İqtisadçı” ilə vidalaşan məşqçi isə yenidən Türkiyədə çalışa bilər. Ötən mövsüm “Fənərbaxça”nı Çempionlar Liqasının finalına yüksəldən məşqçi bu dəfə “Beşiktaş”ın sükanı arxasına keçə bilər.

Qeyd edək ki, “İqtisadçı” Super Liqanın ötən mövsüm olduğu kimi III pillədə başa vurub.
0