Azərbaycan çempionatında oynadılar, ABŞ yığmasına çağırıldılar
09.05.2011 - 12:11
Azərbaycan çempionatında oynadılar, ABŞ yığmasına çağırıldılar
Qadın voleybolçulardan ibarət ABŞ milli komandasının heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Hagh Makkarçeon iyunun 7-12-də İsveçrədə keçiriləcək “Montreux Volley Masters” və Pan Amerika Oyunlarında güvənəcəyi voleybolçuların adlarını açıqlayıb.

O, yeni siyahıya 19 oyunçunun adını daxil edib ki, onlardan da 5-i Azərbaycan Super Liqasının iştirakçılarıdır. Belə ki, Makkarçeon “Rabitə”dən Kimberli Qlass, “Azərreyl”dən Cennefer Tamas, “Lokomotiv”dən Nikol Devis, Nansi Metkalf və “İqtisadçı”dan Tayyiba Hanif-Parkı yığmanın düşərgəsinə çağırıb.

Qeyd edək ki, siyahıda “Bakı”da forma geyinmiş Eşli Enqlinin də adı var.
0