Azərbaycan çempionu 6 voleybolçu ilə müqavilə bağladı
09.05.2011 - 13:04
Azərbaycan çempionu 6 voleybolçu ilə müqavilə bağladı
Bakının “Rabitə” voleybol klubu növbəti mövsüm üçün ilk transferlərini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, 2010/2011 mövsümündə Azərbaycan çempionu və Çempionlar Liqasının gümüş mükafatçısı olan komanda heyətində 6 voleybolçu ilə müqaviləni yeniləyib.

Belə ki, milli komandamızın üzvü Natalya Məmmədova, amerikalı Kimberli Qlass, ukraynalı İrina Jukova, serbiyalılar - Silviya Popoveç, Mira Qoluboviç və Nataşa Krsmanoviç növbəti mövsümdə də “Rabitə”nin şərəfini qoruyacaqlar. Onlarla müqavilənin müddəti 1 il artırılıb.
0