“Lokomotiv” yeni mövsüm üçün ilk transferini reallaşdırdı
09.05.2011 - 14:31
Bakının “Rabitə” klubunun sıralarını ilk tərk edən voleybolçunun adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Super Liqanın qızıl medallarını qazanan Diana Nenova paytaxt təmsilçisi ilə yollarını ayırıb.
Lakin Bolqarıstan yığmasının da şərəfini qoruyan 26 yaşlı voleybolçu Azərbaycanı tərk etməyəcək. 181 sm boyu olan Nenova Bakının digər klubu “Lokomotiv”lə anlaşıb. O, “dəmiryolşularla” 1 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, bolqarıstanlı legioner “Rabitə”dən öncə Rusiyanın “Universitet”, Bolqarıstanın MOİK və “Sofiya”, həmçinin Serbiyanın “Postar 064” klublarının şərəfini qoruyub.

0
0