Yığmamızın məşqçisi karyerasını Türkiyədə davam etdirəcək
09.05.2011 - 16:26
2009-cu ildən Azərbaycanda çalışan Adnan Kistak yaxın günlərdə Bakını tərk edəcək. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, o, karyerasını vətənində davam etdirməyə qərar verib.
Türk həmkarlarımızın yazdıqlarına əsasən Kistak “Beşiktaş”la prinsipcə anlaşıb. Onlar bildirirlər ki, “qara qartallar”la danışıqları yekunlaşdıran mütəxəssis bəzi xırda detalları da yoluna qoya bilsə, bir daha Azərbaycana dönməyəcək.
Qeyd edək ki, Adnan ötən mövsüm “Azərreyl”lə 4-cü, bu il isə “Şirvan”la 6-cı olub. O, həmçinin gənclərdən ibarət milli komandamızda da işləyir.

0
0