Yığmamızın kapitanı oynamadı, komandası uduzdu
11.05.2011 - 09:13
Yığmamızın kapitanı oynamadı, komandası uduzdu
Qadın voleybolçular arasında Rusiya Super Liqasında final mərhələsinin ilk qarşılaşması keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın kapitanı Oksana Parxomenkonun şərəfini qoruduğu Moskva “Dinamo”su Kazan “Dinamo”sunun gücünü yoxlayıb.

Həmyerlimizin forma geyinmədiyi qarşılaşma rəqibin 3:2 (17:25, 19:25, 25:17, 25:23, 15:9) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında növbəti oyun bu gün keçiriləcək.
0