Milli komandamızın kapitanı çempionluq şansını itirir
12.05.2011 - 09:39
Qadın voleybolçular arasında Rusiya Super Liqasında final mərhələsinin ikinci matçı keçirilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın kapitanı Oksana Parxomenkonun şərəfini qoruduğu Moskva “Dinamo”su bu dəfə də Kazan “Dinamo”su ilə bacara bilməyib.
İlk matçda 2:3 hesabı ilə uduzan paytaxt klubu növbəti qarşılaşmada 0:3 (12:25, 22:25, 20:25) hesabı ilə məğlub olub. Komandalar arasında 3-cü matç mayın 15-də baş tutacaq. Bu dəfə də Kazan voleybolçuları qalib gələrsə, əlavə oyuna ehtiyac olmayacaq. Çünki əsasnaməyə əsasən çempion adına 3 qələbə qazanan komanda layiq görüləcək.
Qeyd edək ki, zədədən əziyyət çəkən Parxomenko ilk görüşdə olduğu kimi bu qarşılaşmada da meydana çıxmayıb.

0
0