Avrokuboklara yollanan sonuncu komandamız da bəlli oldu
12.05.2011 - 14:40
Avrokuboklara yollanan sonuncu komandamız da bəlli oldu
Azərbaycan kişi voleybolçulardan ibarət komandalar arasında avrokubokların 2011/12 mövsümündə 1 klubla təmsil olunacaq. Apasport.az saytının məlumatına görə, son illərdə olduğu kimi, beynəlxalq arenada ölkəmizin şərəfini yenə “Azərneft” qoruyacaq. Paytaxt təmsilçisi “Çelenc Cup” turnirində mübarizə aparacaq.

Avrokuboklarda son Azərbaycan çempionu “Sərhədçi”nin də debüt edəcəyi gözlənilsə də, bu reallaşmayıb. Onlar ötən il də ölkə kubokunun sahibi kimi bu arzularını həyata keçirə bilməmişdilər.

Beləliklə, Avropa Voleybol Konfederasiyasının bayrağı altında növbəti mövsüm üçün keçiriləcək yarışlara qatılacaq komandalarımızın sayı 6-ya çatıb. Buna kimi qadınlardan ibarət 5 klubumuzun – “Rabitə” (Çempionlar Liqası), “Azərreyl”, “İqtisadçı” (hər ikisi CEV kuboku), “Lokomotiv” və “Bakı”nın (hər ikisi “Çelenc Cup”) avrokuboklarda mübarizə aparacağı dəqiqləşmişdi.

Qeyd edək ki, “Azərneft” 2010/11 mövsümündə də “Çelenc Cup”da qüvvəsini sınamışdı. I təsnifat mərhələsində Serbiya “Partizan”ı ilə qarşılaşan Bakı klubu rəqibinə “Qızıl set”də uduzmuşdu.
0