“Rabitə” ilk bombasını partlatdı
13.05.2011 - 12:12
Azərbaycan çempionu “Rabitə” ilk “transfer bombası”nı partladıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi xorvatiyalı voleybolçu Nataşa Osmokroviçlə 1 illik müqavilə imzalayıb.
O, “Rabitə”yə Türkiyənin “Fənərbaxça” klubundan transfer olunub. 2009-cu ildən “sarı mələklərin” şərəfini qoruyan 35 yaşlı voleybolçu məhz klub karyerasında böyük uğurlarını da bu komanda ilə qazanıb.
Nataşa “Fənərbaxça”nın heyətində dünya çempionu, Çempionlar Liqasının gümüş və bürünc mükafatçısı, Türkiyə Super Liqasının və kubokunun qalibi adını qazanıb.
Karyerası ərzində “Mladost” (Xorvatiya, 1995/1996), “Hisamitsu” (1996/1997), “İto Yokado” (hər ikisi Yaponiya, 1997/1998), “Osasko” (Braziliya, 1998/1999), “Napoli” (İtaliya, 1999/2000), “Vasko da Qama” (Braziliya, 2000/2001), “Reggio” (2001/2002), “Novara” (2002/2003), “Kyeri” (2003/2004), “Terra Sarda Tortoli” (2004/2005), “Novara” (hamısı İtaliya, 2005-2009) klublarının şərəfini qoruyub. 2005-ci ildə “Novara” ilə İtaliya Super kubokuna, 2006-cı ildə “Top-komandalar” kubokuna, 2009-cu ildə isə CEV kubokuna sahib olub.
Osmokroviç 2001-ci ildən Xorvatiya milli komandasının şərəfini qoruyur. 184 sm boya malik voleybolçu yığma ilə birgə 1997 və 1999-cu ildə Avropa çempionatının finalında oynayıb.
Qeyd edək ki, “Rabitə” Osmokroviçdən öncə 7 voleybolçu ilə müqavilə imzalamışdı.

0
0