“Azərreyl”də müqavilə günü
13.05.2011 - 13:07
“Azərreyl” yeni mövsüm üçün ilk transferlərini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, 2010/2011 mövsümündə paytaxt təmsilçisində “Çelenc Cup” turniri və Azərbaycan Super Liqasının gümüş mükafatına sahib olan 3 voleybolçu ilə yeni müqavilə imzalanıb.
Belə ki, braziliyalı Paulino De Souza Pereyra, tailandlı Nutsara Tomkom və amerikalı Tamas Ceneffer növbəti mövsümdə də “dəmiryolçular”ın uğurları üçün oynayacaqlar. Onlarla 1 illik yeni müqavilə imzalanıb.
Qeyd edək ki, “Azərreyl”in baş məşqçisi Vüqar Əliyev az öncə apasport.az saytına açıqlamasında köhnə heyətdən məhz bu legionerlərlə yollarına davam etmək arzusunda olduğunu bildirmişdi.

0
0