“Beşiktaş”ın sabiq vitse-prezidenti millimizin futbolçularını izləyir
13.05.2011 - 15:35
Bu mövsüm Türkiyənin Bank Asiya I liqasına yüksələn “Göztəpə” klubunun rəsmiləri Azərbaycanda səfərdədirlər. Apasport.az saytının Quzanlıya ezam olunmuş müxbirimizin verdiyi məlumata görə, bu dəqiqələrdə ikinci hissəsi başlayan “Qarabağ” – “Neftçi” oyununu izləyənlər arasında türkiyəli qonaq Əli Gültəkin də var.
Gültəkin əvvəllər “Beşiktaş”ın vitse-prezidenti olub. Hazırda isə “Göztəpə”nin idman direktorudur. Onun Quzanlıya səfərinin məqsədi gözaltı etdiyi “Qarabağ”lı futbolçuları - Maksim Medvedev və Rauf Əliyevi iş başında izləməkdi.
Qeyd edək ki, “Göztəpə” Azərbaycan yığmasının futbolçuları Maksim Medvedev və Rauf Əliyevi heyətinə qatmaqda maraqlıdır.

0
0