Milli komandamızın kapitanının ardıcıl 2-ci gümüşü
16.05.2011 - 08:46
Milli komandamızın kapitanının ardıcıl 2-ci gümüşü
Qadın voleybolçular arasında Rusiya Super Liqasına yekun vurulub. Apasport.az saytının məlumatına görə, milli komandamızın kapitanı Oksana Parxomenkonun şərəfini qoruduğu Moskva “Dinamo”su gümüş medalla kifayətlənib.

Belə ki, ilk 2 görüşdə Kazan “Dinamo”suna uduzan paytaxt klubu 3-cü matçda 1:3 hesabı ilə məğlub olaraq, ardıcıl 2-ci dəfə çempionluq arzularını reallaşdıra bilməyiblər. Onlar ötən mövsüm olduğu kimi bu dəfə də II yeri tutublar.

Qeyd edək ki, bürünc medallar Krasnodar “Dinamo”suna qismət olub. Onlar III yer uğrunda məşhur “Uraloçka”ya qalib gəliblər.
0