Milli komandamızın ilk toplanışının vaxtı müəyyənləşdi
16.05.2011 - 10:04
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının final mərhələsinə hazırlığı üçün ilk təlim-məşq toplanışının başlama vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yığmamız baş məşqçi Faiq Qarayevin rəhbərliyi altında iyunun 10-da bir araya gələcək.
İlk 10 gündə məşqlər Bakıda baş tutacaq. Ardınca voleybolçularımızın hazırlığı ya bölgələrdə, ya da xarici ölkələrin birində keçiriləcək.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi sentyabrın 23-də start götürəcək və oktyabrın 2-də yekunlaşacaq. Serbiya və İtaliyanın ev sahibliyi edəcək qitənin ən mötəbər yarışında Azərbaycan voleybolçularının yer aldığı B qrupunun oyunları Monse şəhərində keçiriləcək. Voleybolçularımız burada İtaliya, Türkiyə və Xorvatiya yığmaları ilə güclərini yoxlayacaq.

0
0