“Araz” dalbadal 7-ci çempionluğunu qazandı
16.05.2011 - 12:20
“Araz” dalbadal 7-ci çempionluğunu qazandı
Naxçıvanın “Araz” futzal klubu növbəti dəfə Azərbaycan çempionu olub. Apasport.az saytının məlumatına görə, braziliyalı Joze Alesio da Silvanın baş məşqçisi olduğu komanda ölkə çempionatının yüksək liqasının sonuncu turunda ən yaxın izləyicisi “Neftçi” İSM-ə 6:5 hesabı ilə qalib gələrək, dalbadal 7-ci çempionluğunu qazanıb. Bununla da “Araz” növbəti dəfə ölkəmizi UEFA kubokunda təmsil edəcək.

Qeyd edək ki, Naxçıvan təmsilçisi ötən il Portuqaliyada keçirilən UEFA kubokunun “Dördlər finalı”ında 3-cü yeri tutaraq, bürünc mükafat qazanmışdı.


Yüksək liqa

Komanda

O

Q

H

M

T/F

Xal

1

Araz

20

17

3

0

211-30

54

2

Neftçi İSM

20

16

3

1

174-33

51

3

Ekol

17

8

0

8

78-45

24

4

Azmetko

16

7

0

9

73-70

21

5

Qarabağ vet.

18

4

0

14

  44-140

12

6

Azecolab

19

0

0

19

35-297

0

0