Katarjina Skovronska: Azərbaycan klubları xidmətimdə maraqlıdır
16.05.2011 - 23:01
Katarjina Skovronska: Azərbaycan klubları xidmətimdə maraqlıdır
Polşa yığmasının aparıcı voleybolçusu Katarjina Skovronska karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatın görə, o, bunu ölkəsində verdiyi müsahibədə deyib.

“Fənərbaxça”nın ötən mövsüm transfer etdiyi və növbəti il üçün heyətində görmək istəmədiyi 28 yaşlı Avropa çempionu klub axtarışındadır. O bildirib ki, təkliflər həddindən artıq çox olduğundan, yekun qərarını açıqlamağa tələsmir: “Rusiya və İtaliya klublarından təklif almağımla bağlı yayılan söhbətlər yanlışdır. Düzdür, mən “Fənərbaxça”da qalmaq istəyirəm. Yalnız bu barədə heç bir söhbət yoxdur. Avropadan isə yalnız Azərbaycan komandaları xidmətimdə maraqlıdır. Digər ölkələrə gəlincə, Braziliya, Yaponiya və Asiya klubları da mənimlə ciddi maraqlanırlar. Amma tez qərar vermək istəmirəm. Mənim üçün ən yaxşı olacaq komandanı seçməyi planlaşdırıram”.

Qeyd edək ki, “Fənərbaxça” ötən mövsüm heyətində çıxış edən Katarjina Skovronska ilə yanaşı, almaniyalı Kristian Fürst, xorvatiyalı Natasa Osmokroviç və braziliyalı Fofao ilə yolları ayırmağa qərar verib. Onlardan isə Osmokroviç artıq “Rabitə” ilə yeni müqaviləyə imza atıb.
0