“Bu həyat tərzi xoşuma gəlir” - FOTO
17.05.2011 - 12:41
“Bu həyat tərzi xoşuma gəlir” - FOTO
“1 il öncə Azərbaycanda, son mövsümdə isə Yunanıstanda oynadım. Kim bilir, növbəti 6 ayda harada olacağam?” Apasport.az saytının məlumatına görə, bunu Bakının “İqtisadçı” voleybol klubunun sabiq kapitanı Tammi Mahon deyib.

Universitet komandası ilə 2009/2010 mövsümündə bürünc medal qazanan Kanada yığmasının kapitanı oynadığı ölkələrə bir daha qayıtmağı istisna etməyib. 31 yaşlı voleybolçu komandaların adını açıqlamasa da, hələ karyerasını davam etdirmək gücündə olduğunu deyib: “Bir çox ölkələrdə çıxış etmişəm. Bu həyat tərzi xoşuma gəlir. Aydın məsələdir ki, bunun müsbət cəhətləri mənfi cəhətlərindən üstündür. Əks halda, mən bunu davam etdirməzdim. Düzdür, deyə bilmərəm 2 və ya 3 il oynayacağam. Bunu dəqiq bilmirəm. Lakin hazırda ürəyim 100% voleybolla döyünür. Bəzən oturub fikirləşirəm, uzun müddətli plan cızmaq istəyirəm. Amma heç nə alınmır. Buna baxmayaraq, mən hər gün məşq etməyi çox xoşlayıram”.

Qeyd edək ki, Mahon Hollandiyada doğulsa da, Kanada vətəndaşlığını daşıyır.
0