Riikka Lehtonenin Azərbaycan macərası bitdi
18.05.2011 - 11:26
“İqtisadçı”nın finlandiyalı legioneri Riikka Lehtonenin Azərbaycana qayıtmayacağı dəqiqləşib. Paytaxt klubundan apasport.az saytına verilən məlumata görə, artıq 32 yaşlı voleybolçu ilə birdəfəlik vidalaşıblar.
Bu arada Lehtonenin karyerasını davam etdirib-etməyəcəyi də sual altına düşüb. Yayda çimərlik voleybolunda qüvvəsini sınayacaq Finlandiya milli komandasının kapitanı bundan sonra yekun qərarını verəcək.
Qeyd edək ki, Lehtonen “İqtisadçı” ilə Azərbaycan Super Liqasının bürünc mükafatını qazanıb və “Çelenc Cup”ın yarımfinalına kimi irəliləyib.

0
0