Azərbaycan yığması iyulda Portuqaliya ilə oynayacaq
18.05.2011 - 14:22
Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının Avropa çempionatının B divizionunun II dövrəsi üçün hazırlıq planı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Elxan Əliyevin yetirmələri hazırlığa mayın 28-dən başlayacaqlar.
Komanda öncə Zaqatala Olimpiya İdman Kompleksində 12 günlük təlim-məşq toplanışı keçəcək. Ardınca Bakıya dönəcək basketbolçularımız iyulun 15-21-də İstanbulda beynəlxalq turnirə qatılacaqlar. Millimiz burada Misir, Tunis, Filippin, Portuqaliya və İran yığmaları ilə gücünü yoxlayacaq.
Təlim-məşq toplanışı isə Portuqaliya və ya İordaniyada yekunlaşacaq. Bu barədə yekun qərar Türkiyədə qəbul olunacaq.
Qeyd edək ki, millimiz Avropa çempionatının B divizionunun ilk dövrəsindən sonra 7 xalla 3-cü pillədə qərarlaşıb. II dövrənin oyunları isə avqustun 6-da start götürəcək.

0
0