Azərbaycandan Bolqarıstana 4 legioner yollandı
19.05.2011 - 17:09
Azərbaycandan Bolqarıstana 4 legioner yollandı
Azərbaycan çempionu Draqutin Baltiç qadın voleybolçulardan ibarət Bolqarıstan millisi ilə ilk məşqinə çıxıb. Apasport.az saytının məlumatına görə, Bakı “Lokomotiv”in baş məşqçisi az öncə təyin olunduğu yığmada hazırlığa başlayıb.

O, ilk toplanışına 22 voleybolçu dəvət edib ki, bunlardan da 4-ü Azərbaycan Super Liqasında çıxış edir. Maraqlıdır ki, sloveniyalı mütəxəssis son mövsümdə 4-cü etdiyi “Lokomotiv”dən 3 - Kremena Kamenova, Mariya Filipova və Diana Nenova (“dəmiryolçular”ın heyətinə yenicə transfer olunub), “Bakı” klubundan isə 1 - Tanya Sabkovanı millinin düşərgəsinə çağırıb.

Qeyd edək ki, 2009/2010 mövsümündə “Rabitə” ilə Azərbaycan çempionatının qızıl medallarını qazanan Baltiç Bolqarıstan milli komandası ilə ilk sınağına Avropa Liqasında çıxacaq.
0