"Komandalarımıza qarşı rəqabəti Azərbaycan klubları apara bilər"
20.05.2011 - 09:18
"Komandalarımıza qarşı rəqabəti Azərbaycan klubları apara bilər"
Rusiya milli komandasının aparıcı voleybolçusu Yekaterina Qamova Azərbaycan Super Liqasının səviyyəsinin yüksək olması qənaətindədir. Apasport.az saytının məlumatına görə, o, bu barədə ölkəsində verdiyi müsahibəsində bildirib.

Qamovanın sözlərinə görə, keçmiş SSRİ-də Rusiya komandalarına qarşı yalnız 2 ölkə təmsilçisi müqavimət göstərə bilər: “Qadınların açıq çempionatında Rusiya komandalarına qarşı rəqabəti yalnız Azərbaycan və Qazaxıstan klubları apara bilərlər. Bizdə də voleybol inkişafdadır. Fikrimcə, ölkə çempionatında iştirakçıların sayının artmasına da ehtiyac yoxdur”.

Qeyd edək ki, son mövsümdə Kazan “Dinamo”su ilə Rusiya çempionu olan Qamova bu klubla müqaviləsini daha 2 il uzadıb.
0