“İqtisadçı” 2 legionerlə vidalaşdı
24.05.2011 - 12:03
“İqtisadçı” 2 legionerlə vidalaşdı
Bakının “İqtisadçı” klubu daha 2 voleybolçusu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan Super Liqasının bürünc mükafatçısı finlandiyalı Riikka Lehtonenin ardınca 2 legionerilə müqaviləni uzatmayacağını rəsmən açıqlayıb.

Bunlar İspaniya yığmasının üzvü Maria Fernandes və Argentina milli komandasının voleybolçusu Yael Kastilyondur. Artıq hər 2 əcnəbiyə özlərinə yeni klub tapmaq tövsiyə edilib və vətənlərinə yola salınıb.

Qeyd edək ki, Maria və Yael əsasən ehtiyatda olurdu və hərdən meydana çıxırdı.
0