Millimizin kapitanı “Dinamo”dan kənarlaşdırıldı
24.05.2011 - 12:19
Millimizin kapitanı “Dinamo”dan kənarlaşdırıldı
Azərbaycan milli komandasının kapitanı Oksana Parxomenko Moskva “Dinamo”su ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, Rusiya çempionatının gümüş mükafatçısı 27 yaşlı voleybolçumuzla başa çatan müqaviləni uzatmamağı qərara alıb.

2009-cu ildən “Dinamo” da çıxış edən Parxomenko ilk mövsümdə əsas heyət oyunçusu olduğu halda, ötən çempionatda zədə səbəbindən daha çox ehtiyatda qalırdı. Rusiya çempionatında legionerlərə limit səbəbindən klub rəhbərliyi Oksana ilə yeni müqavilə imzalamağı məqsədə uyğun saymayıb.

Qeyd edək ki, Parxomenko “Dinamo”nun heyətində çıxış etdiyi 2 mövsümdə eyni sayda gümüş medala sahib olub.
0