“Dinamo” rəsmisi həmyerlimizlə vidalaşmalarına aydınlıq gətirdi
24.05.2011 - 12:46
“Oksana Parxomenko legionerdir. Federasiyamızın tətbiq etdiyi legioner limitini nəzərə alaraq, rusiyalı oyunçuya üstünlük verdik”. Apasport.az saytının məlumatına görə, bunu Moskva “Dinamo”sunun baş direktoru Vladimir Ziniçev deyib.
Paytaxt klubu 2 ildir heyətində yer verdiyi milli komandamızın kapitAnı Oksana Parxomenko ilə yollarını ayırıb. Buna səbəb onların Rusiya yığmasının üzvü, dünya çempionu Vera Ulyakinanı transfer etmələri olub.
Məsələyə aydınlıq gətirən Ziniçev həmyerlisini legionerdən üstün tutduğunu bildirib: “Parxomenko ilə Ulyakinanın oyun üslubu oxşardır. Hər ikisi sürətli voleybolu sevirlər. Buna görə də etdiyimiz dəyişiklik klubun inkişafı ilə bağlı yürütdüyümüz siyasətə uyğundur”.
Qeyd edək ki, Parxomenko axırıncı mövsümün gedişində biləyindəki zədədən əziyyət çəkdiyindən ehtiyatda qalırdı. Lakin Kazan “Dinamo”su ilə final görüşündə yenidən əsas heyətdəki yerini bərpa etmişdi.

0
0