Faiq Qarayev: Super Liqada legioner limiti müzakirə ediləcək
24.05.2011 - 16:33
Faiq Qarayev: Super Liqada legioner limiti müzakirə ediləcək
Növbəti mövsümdə Azərbaycan Super Liqasında mübarizə aparan klubların əvəzedici komandalarından ibarət çempionatı keçirilə bilər. Apasport.az-ın Azərbaycan Voleybol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, bu ideya ilə bağlı qurumun I vitse-prezidenti Faiq Qarayev açıqlama verib.

Milli komandamızın da baş məşqçisi olan mütəxəssis bildirib ki, belə çempionatın yaranması yığmamızın xeyrinə olmalıdır. Nəticədə səviyyəli və perspektivli voleybolçular üzə çıxa bilər. Bundan əlavə, legionerlərə 1+1 limitinin tətbiqi ilə bağlı məsələ müzakirə olunacaq. Gündəlikdə həmçinin, Voleybol Akademiyasının yaradılması məsələsi də durur. Bu gənc istedadların yetişməsində yardımçı ola bilər.
0