Azərbaycan çempionunun qənimi kreditlə satılır
26.05.2011 - 09:45
Azərbaycan çempionunun qənimi kreditlə satılır
Uelsin “Barri Taun” klubu satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, vaxtilə ölkə çempionu olmuş komandanı kreditlə də almaq olar. Belə ki, maliyyə böhranında çabalayan klubu almaq üçün 125 min funt sterlinq ilkin ödəniş etmək kifayətdir. Bundan sonra 3 il müddətində ayda 3 min ödəmək lazım gələcək.

Böyük Britaniya mətbuatı zəngin keçmişə malik “Barri Taun”un durumuna həs redilən yazıda komandanın avrokubok macəralarına da yer ayırıb. Burada isə təbii ki, ən böyük uğurlardan biri 2001-ci ilin yayına təsadüf edir. O vaxt uelslilər Azərbaycan çempionu “Şəmkir”i Çempionlar Liqasının hər 2 matçında yenməklə (2:0, 1:0) Bakıdakı cavab oyunundan dərhal sonra Ağasəlim Mircavadovu istefaya göndərdi. Növbəti mərhələdə isə “Barri Taun” məşhur “Portu”ya da qalib gəlib. Lakin 3:1 hesablı qələbə səfərdə keçirilən ilk matçdakı darmadağından (0:8) sonra təsəlli xarakteri daşıyırdı.
0