“Qalatasaray” Bakıda uduzan futbolçunu transfer etdi
26.05.2011 - 10:38
“Qalatasaray” Bakıda uduzan futbolçunu transfer etdi
Yeni mövsüm üçün transfer çalışmalarına başlayan “Qalatasaray” daha bir transferini reallaşdırıb. Apasport.az məlumatına görə, İstanbul klubu “Trabzonspor”un yarımmüdafiəçisi Səlcuk İnanla razılıq əldə edib.

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycanın Türkiyə milli komandasını 1:0 hesabı ilə məğlub etdiyi matçın iştirakçısı olan İnan yaxın günlərdə 5 illlik rəsmi müqaviləyə imza atacaq. O, 5 mövsümdə 18 milyol dollar və hər oyuna görə ayrıca pul alacaq.

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi “Fənərbaxça”ya keçməyə yaxın olsa da, son anda qərarını dəyişib.
0