Xorvatiya yığmasının baş məşqçisi çempionumuzun transferindən danışdı
26.05.2011 - 12:28
Xorvatiya yığmasının baş məşqçisi çempionumuzun transferindən danışdı
“Nataşa Osmokroviçin milli komandada dövrü hələ bitməyib. Mən onun oyunu Çempionlar Liqasının son turnirində canlı izləmişəm. Əla təsir bağışlayırdı”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Xorvatiya yığmasının baş məşqçisi İrina Kirilova deyib.

O, Azərbaycan çempionu “Rabitə”nin yeni transferinin hələ milli komandaya kömək etmək gücündə olduğunu bildirib. Xorvatların Avropa Liqasına hazırlığı zamanı Osmokroviçin faydalı olacağını deyən Kirilova onun köməyindən hələ istifadə etmək fikrindədir: “Hesab edirəm ki, Xorvatiya ən böyük turnirlərdən birində oynayacaq. Burada Nataşa da bizimlə olacaq. Düzdür, onun 35 yaşı var. Ancaq həqiqətən əla oynayır”.

Qeyd edək ki, Xorvatiya Avro-2011-in final mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alıb.
0