Valeriya Korotenkonun çıxış edəcəyi klub müəyyənləşdi
30.05.2011 - 10:39
Bakının “Azərreyl” klubu 4 voleybolçu ilə yeni müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” son mövsümdə komandanın şərəfini qoruyan Azərbaycan yığmasının üzvləri – Valeriya Korotenko, Polina Rəhimova, Aynur Kərimova və Oksana Kiselyova ilə müqavilənin müddətini artırıb.
Bu il “Azərreyl”lə “Çelenc Cup” turnirinin qalibi və Azərbaycan Super Liqasının ikincisi olan millimizin voleybolçuları 2011/2012 mövsümündə də paytaxt klubunun şərəfini qoruyacaqlar.
Qeyd edək ki, “dəmiryolçular” az öncə braziliyalı Paulino De Souza Pereyra, tailandlı Nutsara Tomkom və amerikalı Tamas Cenefferlə də yeni müqavilə imzalamışdılar.

0
0