“Hələlik mən istəyən səviyyəyə çatmamışıq” - MÜSAHİBƏ
01.06.2011 - 15:22
17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının Almaniyada beynəlxalq turnirdə iştirak edib. Yarışla bağlı komandamızın baş məşqçisi Sissi Rayt affa.az saytına müsahibə verib
- Əvvəlcə, istərdik milli komandamızın keçirdiyi oyunlarla bağlı fikirlərinizi bildirəsiniz...
- İlk oyunda turnirin ən güclü komandalarından biri olan SG “Leonberq”lə qarşılaşdıq. Qeyd edim ki, əvvəlki təlim-məşq toplanışı çərçivəsində bu komanda ilə görüşdə 2:0 hesabı ilə öndə olsaq da, sonda 2:4 hesablı məğlub olmuşduq. Bu oyun bizim üçün revanş xarakteri daşıyırdı. Demək olar ki, turnirdə ən gözəl oyunumuzu oynayıb 4:0 hesabı ilə qələbə qazandıq. İkinci oyunda “Nabburq” komandası ilə qarşılaşdıq. Bu komanda kifayət qədər güclü rəqib idi. İlk oyunda rəqibini 9:1 hesabı ilə məğlubiyyətə uğratmışdı. Buna baxmayaraq, 1:0 hesabı ilə qalib gəlməyi bacardıq. Son oyunda isə JFG “Mittlere” komandası üzərində 2:0 hesablı qələbə qazandıq.
- Turnir haqda nə deyə bilərsiniz? Oyunlar necə keçdi?
- Bu turnirin uşaqların təcrübələrini artırmaq baxımından böyük əhəmiyyəti oldu. Hava şəraitinin isti olmasına baxmayaraq, komandamız layiqli mübarizə apardı. Eyni gündə yüksək səviyyəli oyun keçirib bir qədər istirahət etdikdən sonra yenidən oynamaq asan deyil. Gün ərzində 3 oyun keçirib turnirin qalibi olduq. Onu qeyd edim ki, məşqlərdə üzərində çalışdığımızı ilk oyunda tətbiq edə bildik. Ancaq eyni sözləri növbəti oyunlar haqda deyə bilmərəm. Təbii ki, bu da havanın isti olması və yorğunluqla bağlı idi. Ona görə də ikinci və üçüncü oyunlarda kombinasiyalı futbol nümayiş etdirə bilmədik.
- Şübhəsiz, bu cür turnirlərin əsas məqsədi komandadakı çatışmazlıqları görüb aradan qaldırılması istiqamətində işlər görməkdir. Nə kimi çatışmazlıqlar müşahidə etmisiniz?
- Məşqlərdə əsasən texniki çalışmalara üstünlük veririk. Hələki taktiki hazırlıq keçmirik. Demək olar ki, bir çox sahələrdə çatışmazlıqlarımız var. Misal üçün, topun qəbulu, düzgün ötürülməsi və s. Mən komandada bir nəfərin yox, hamının oyuna köklənməsini istəyirəm. Təbii ki, bunlar texniki çalışmalardır və üzərində işləyirik.
- Əldə olunan qələbələrin futbolçularda özünəinamın artırılması baxımından əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Düşünmürəm ki, bu amil futbolçularda arxayınçılığa səbəb olacaq. Çünki biz klublara qarşı oynayırıq. Ölkə səviyyəsində oyunlarda soyuqqanlı olmaq lazımdır. Çünki məhz bu cür görüşlərdə komandanın nəyə qadir olduğu özünü büruzə verir. Düşünürəm ki, turnirin qalibi olmağımız futbolçuların özlərinə olan inamını artırsa da, onlarda arxayınçılığa səbəb olmayacaq.
- Artıq milli komandanın öz oyununu tapdığını demək olarmı?
- Yeni yaranmış komandayıq. O vaxtdan indiyədək xeyli yol qət etmişik. Hələlik mən istəyən səviyyəyə çatmamışıq. Yəni istədiyim oyunu görə bilmirəm. Futbolçular ilk gündən fərqli olaraq, artıq düşünülmüş, ağıllı futbol oynamağa çalışırlar. Təbii ki, bu da müsbət haldır.
- Gələcəklə bağlı planlarınız necədir?
- Bayaq dediyim kimi, belə turnirlər futbolçuların təcrübəsini artırır. İyunun sonlarından yenidən beynəlxalq turnirdə iştirak edəcəyik.
Gün ərzində 15-16 saat futbolla məşğul oluruq. İşimiz təkcə meydanda məşq keçmək deyil. Meydandan kənarda da futbolun sirlərini qızlara aşılayırıq. Yenə deyirəm, yaranan gündən bəri inanılmaz inkişaf etmişik. Qələbəni Azərbaycan futbolunun 100 illik yubileyinə həsr edirik.

0
0