Yığmamızın üzvü “Qalatasaray”ı 9 dəfə cəzalandırdı
02.06.2011 - 11:17
Yığmamızın üzvü “Qalatasaray”ı 9 dəfə cəzalandırdı
Azərbaycan milli komandasının basketbolçusu Çarlz Devisin şərəfini qoruduğu “Banvit” Türkiyə Super Liqasının yarımfinalında mübarizəni dayandırıb. Apasport.az saytının məlumatına görə, onlar 4-cü pley-off mərhələsində “Qalatasaray”a 55:89 hesabı ilə uduzaraq, finala yüksələ bilməyiblər.

Devis “Banvit”in heyətində 2-ci ən çox xal toplayan basketbolçusu olsa da (9 xal), türk həmkarlarımız tərəfindən komanda yoldaşları kimi 1 ulduzla qiymətləndirilib.

Qeyd edək ki, “Qalatasaray” 21 illik fasilədən sonra finala yüksəlib. Onlar həlledici mərhələdə əzəli rəqibləri olan “Fənərbaxça” ilə qarşılaşacaqlar.
0