Millimizin baş məşqçisi nikah şahidi olacaq
03.06.2011 - 10:54
Millimizin baş məşqçisi nikah şahidi olacaq
Azərbaycan milli komandasının voleybolçusu Oksana Parxomenkonun toyunun keçiriləcəyi məkanın adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın kapitanının Onat Kurtla xoşbəxt günü İstanbulda Kalender Ordu Evində baş tutacaq.

Onların sabah toy mərasimində nikahı Şişli Bələdiyyəsinin sədri Mustafa Sarıgül kəsəcək. Nikah şahidləri isə voleybol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Faiq Qarayev, Mehmet Ali Aydınlar, Ali Koç, İbrahim Kutluay və Demet Kutluay olacaqlar.

Qeyd edək ki, Parxomenko və Kurtun nişan mərasimi ötən il Bakıda olmuşdu.
0